EN

"Fasilədə taktiki sistemi dəyişdik" - Ançelotti möhtəşəm geridönüşü dəyərləndirdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı üzərində qazandıqları qələbəni (5:2) şərh edib.

Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:

"İlk yarıda futbolçularımız "utancaq" oyunla yadda qaldılar. Biz daha enerjili görünməli, riskə getməli və rəqibdən daha intensiv pressinq tətbiq etməli idik. Fasilədə taktiki sistemi dəyişdik və mövsümün ən yaxşı hissəsini keçirdik. Onu da deyim ki, futbolçuların motivasiyası taktikadan daha vacib amildir. Komanda tam başqa ritmdə oynadı. Vurduğumuz birinci qoldan sonra hər şey dəyişdi. Bu oyun bizim üçün dönüş nöqtəsi ola bilər". 

Qeyd edək ki, Almaniya təmsilçisi ilk yarıda 2 qol vursa da, "Real" möhtəşəm geridönüşə imza ataraq 2-ci hissədə 5 dəfə rəqib qapısına yol tapıb.

Nihat

Chosen
17
fanat.az

1Sources