EN

"Unibank" əmanət faizini yüksəldib

"Unibank" yüksək faizlə, uzun müddətə əmanət hesabı açmaq istəyənlər üçün çox sərfəli təklif edir.

Publika.az xəbər verir ki, indi “Unibank”da 18 və 24 aylıq depozit hesabı açaraq, illik 12%-lik gəliri əldə edə bilərsiniz. Üstəlik depozitiniz sığortalı olur və əldə etdiyiniz gəlir vergidən azad edilir. “Unibank”da əmanət hesabı açan zaman vəsaitinizin məbləğindən asılı olaraq, faizlərin ayda bir dəfə alınması üçün premium kart da hədiyyə edilir.

Bank müştərinin istəyindən asılı olaraq, müxtəlif əmanət növləri təklif edir. Bankın əmanət növlərindən istədiyinizi seçə bilərsiniz. “Müddətli” depozit sizə yüksək faiz, “Yığım” istədiyiniz vaxt əmanətinizə artım etmək, “Proqressiv” pulunuzu müddətin sonunu gözləmədən istədiyiniz vaxt götürmək, “Topla” isə olduğunuz yerdə UBank mobil tətbiqində, seçdiyiniz müddətə və faizlə depozit hesabı açmaq imkanı verir. Yeni, “Sərbəst müddət” adlı “Topla” məhsulu isə sizə həm olduğunuz yerdə UBank mobil tətbiqində depozit hesabı açaraq, illik 5 % gəlir götürmək imkanı verməklə yanaşı, istədiyiniz vaxt vəsaitinizi faiz itirmədən çıxarmaq üstünlüyü də yaradır.

İndi “Unibank”da əmanət hesabı açmaqla, bu üstünlükləri qazanırsınız:

- Pulunuza illik 12%-dək yüksək faiz əldə edirsiniz;

- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 2 milyona yaxın müştərisindən biri olursunuz;

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

Chosen
48
24
publika.az

10Sources