EN

Azərbaycanın maliyyə sistemində bank olmayan kredit təşkilatlarının payı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyəsistemindəki payı 1,6 faizdir.

Trend xəbər verir ki, bunuMərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktor müaviniAtaxan Həsənov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçünİnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransındabildirib.

"Azərbaycanda bank olmayan kredit təşkilatlarının maliyyəsistemindəki payı 1,6 faiz təşkil edir. Buna baxmayaraq, məhz busektorda maliyyə sektorları arasında ən yüksək inkişaf dinamikasımüşahidə olunur. Bu ilin 9 ayı ərzində BOKT-ların aktivləri 30 faizartaraq, 980 milyon manata çatıb.

Mikromaliyyə təşkilatlarında müşahidə olunan belə yüksək artımdinamikası bir tərəfdən bu sahənin əhəmiyyətli inkişafpotensialını, digər tərəfdən isə bu sahədə risklərin idarəolunmasının aktuallığını göstərir", - o vurğulayıb.

A.Həsənov qeyd edib ki, mikromaliyyə təşkilatlarının maliyyəsistemindəki payı kiçik olduğuna görə, onları maliyyə sabitliyibaxımından sistem riskləri kimi qiymətləndirmək olmaz.

"Lakin bu təşkilatların spesifik fəaliyyəti onları müxtəlifçoxşaxəli risklərə məruz qoyur. Bu risklər arasında ənəhəmiyyətlisi maliyyə-kredit riskidir", - o əlavə edib.

Chosen
25
az.trend.az

1Sources