EN

“Mən özümə cavabdehəm" - BƏZİ MÜĞƏNNİLƏR DİLƏ GƏLDİ

Məlumdur ki, illərdir olduğu kimi indi də estetik əməliyyatlar geniş vüsət almaqda davam edir. Bəs, müğənnilər bu barədə nə düşünür? Onlar hansı estetik əməliyyatlar etdirib? SİA mövzu ilə bağlı onlar arasında sorğu edərək fikirlərini öyrənib.

Könül Xasıyeva: “Mən şəxsən heç bir estetik əməliyyat etdirməmişəm. Normal olaraq etdirənlərə də münasibətim müsbətdir”.

Firuzə İbadova: “Məndə o prosedurlar yoxdur. Çünki mənə hələ ki, lazım deyil. Lazım olsa da, bu yaşımda etdirmərəm. Səhnəyə çıxmasam da etdirmərəm. Nəyim varsa, Allah min bərəkət versin. Özümün olan mənə bəsdir. Amma kimə lazım gələrsə, niyə də etdirməsinlər. Sənədi olan insan istəyir ki, səliqəli olsun, gözəl görünsün”.

Gülyaz Məmmədova: “Mən heç bir estetik əməliyyat etdirməmişəm. Başqa heç nə deyə bilmərəm”.

Təranə Qumral: “Müğənniləri bilmirəm, amma mən heç bir estetik əməliyyat etdirməmişəm. Etdirənlərə qarşı da münasibətim normaldır. Mənə gəldikdə isə sağlamlığım hər şeydən daha önəmlidir”.

Ofelya Şabanova: “Bu gün müğənnilərin 95 faizi estetik əməliyyat etdirib. Onların içində ümumiyyətlə canlı ifa edə bilməyən müğənnilər çoxluq təşkil edir. Məcburdular ki, hansısa yolla xalqa özlərini sırısınlar. Amma estetik etdirənlər içində gözəl ifaçılarda var. Gərək etdirməyəydilər. Üz nahiyəsinə yeridilən yad maddələr üz əzələlərini o cümlədən qırtlaq əzələlərini iflic edir və ifaçılar istədiklər qaydada rahat ifa edə bilmirlər.

Mənə gəldikdə isə mən heç bir estetik əməliyyat etdirməmişəm. Yəqin ki qocalıq dövründə yüngülvari etdirərəm. Oda olsa-olsa üzgərmə. Amma yad maddələr bədənimə, üzümə vurdurmaram”.

Ülviyyə Namazova: “Mən özümə cavabdehəm. Bədənşəkilləndirmə və burun əməliyyatı etdirmişəm. Qaşəkdirmə estetik əməliyyat sayılırsa, qaşım töküldüyü üçün qaşıma tük əkdirmişəm. Necə ki keçəl kişilər saçı töküləndə saç əkdirirsə, mən də qaşıma tük əkdirmişəm. Üzgərmə və çənə ilə bağlı heçnə etdirməmişəm”.

Ayşən Vəli

Chosen
21
sia.az

1Sources