EN

Bu özəl bağçalarda təhsil haqqının yarısı ödəniləcək - SİYAHI

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəlməktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birincimərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyəburaxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayımüəyyənləşdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, seçilmiş özəl bağçalarauşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat11:00-dan etibarən aktiv olacaq və 1 noyabr saat 17:00-dək davamedəcək.

Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqlarınvalideynləri və ya digər qanuni nümayəndələri tələb edilənsənədləri bağçaya təqdim etməli, özəl məktəbəqədər təhsilmüəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsilhaqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətiningöstərilməsi barədə müqavilə bağlanılmalıdır.

Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-citədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul olunabilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsilmüəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsilhaqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindənibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəlməktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlbolunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğindəolan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isəvalideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

Özəl bağçaların siyahısı və həmin bağçalarda boşyerlərin sayı

Məqalədə:
Chosen
16
47
az.trend.az

10Sources