Ankarada TUSAŞ aerokosmik şirkətində törədilən terror aktı zamanı 10 nəfər girov götürülüb.
Bizim.Media xəbər verir ki, onların hamısının Tusaş-ın işçiləri olduğu qeyd edilir.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO
Ölkə mətbuatında yayılan məlumatlara görə, terrorçular əvvəlcə iki qrupa ayrılıblar. Zavodun girişində kamikadze partlayış törədib, iki mühafizəçi həlak olub.
İki-üç nəfərdən ibarət daha bir qrup isə girişdən keçərək insanları girov götürüb.
Qeyd edək ki, əraziyə xüsusi təyinatlılar cəlb edilib. Terrorçulardan biri polislər tərəfindən zərərsizləşdirilib.
Bizim.Media