EN

Şəkidə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub

Şəkidə

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanına uyğun olaraq, Şəki rayonunda da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin oktyabrın 15-dək 10 min 72 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yer quruluşu planı tərtib edilərək aidiyyəti qurumlara və qeyri-yaşayış binasının sifarişçilərinə (sahiblərinə) təqdim olunub, 1245 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, hüquq sahibləri elektron çıxarışla təmin ediliblər.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüququnun tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.

Chosen
3
3
azertag.az

4Sources