EN

"Netflix" abunə qiymətlərini yenidən artırdı

Onlayn serial və film izləmə platforması \"Netflix\" Türkiyədə abunə qiymətlərini yenidən artırıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, platformada hazırda ən aşağı paket qiymətinin 149,99 lirəyə yüksəldiyi açıqlanıb.
 
Platformanın ən yüksək paketi olan \"Xüsusi Plan\" isə 229,99 lirədən 299,99 lirəyə yüksəlib.

\"Netflix\"in saytındakı açıqlamaya görə, bu qiymətlər yeni üzvlər üçün keçərlidir və mövcud istifadəçilər üçün qiymətlər mərhələli şəkildə artırılacaq:

\"Yeni üzvlərimiz üçün yeni ödənişlər qüvvədə olacaq və bu dəyişiklik bütün mövcud üzvlərimiz üçün tədricən tətbiq olunacaq. Mövcud üzvlərimiz planlarını dəyişməyibsə, üzvlük haqlarının dəyişməsinə 30 gün qalmış onlara e-poçt göndərməklə məlumat verəcəyik\"deyə platformada bildirilib.
 
Aysel

 

Chosen
18
1
azxeber.com

2Sources