EN

“Bayer-04” Alonsoya xələf axtarır

Xabi Alonsonun mövsümün sonunda “Bayer-04”ü tərk etmək ehtimalı çoxdu.

İnsayder Florian Plettenberqin verdiyi məlumata görə, onunla “Real” və “Mançester Siti” daha çox maraqlanır. Almaniya klubu artıq ispaniyalı mütəxəssisin yerinə iki məşqçini nəzərdən keçirir. Onlar Sandro Vaqner (Almaniya yığmasının məşqçisi) və Sebastyan Hönessdi (Ştutqart).

Xatırladaq ki, Alonso “Bayer-04”ü 2022-ci ildən çalışdırır. Komanda ötən mövsüm onun rəhbərliyi altında ölkə çempionu olub. “Bayer-04” bu mövsüm bundesliqada keçirdiyi 7 oyunda 14 xal toplayıb 4-cü yeri tutur.

Chosen
25
football-plus.az

1Sources