EN

Ankaradakı terror aktı ilə bağlı cinayət işi açıldı

Ankara Baş Prokurorluğu paytaxtın Kahramankazan rayonunda TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Publika.az xəbər verir ki, müəssisənin girişində baş verən partlayışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma başlayıb. Zirehli texnikada olan xüsusi təyinatlılar qısa zamanda terror aktı baş verən əraziyə çatıb, helikopterlər havaya qaldırılıb.

Yaralılara kömək etmək üçün Kahramankazana təcili tibbi yardım avtomobilləri göndərilib.

Terror aktı zamanı 2 partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Chosen
30
1
publika.az

6Sources