EN

İsrail dəfn mərasiminin keçirildiyi evi bombaladı - Xeyli sayda ölən var

İsrailin döyüş təyyarəsi Livanın cənubundakı Sayda bölgəsindəki Tafaxta qəsəbəsində dəfn mərasiminin keçirildiyi evə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, nəticədə 19 nəfər həlak olub. Ölənlərin, demək olar ki, hamısı bir ailənin üzvləri (o cümlədən uşaqlar), eləcə də onların başsağlığı verməyə gələn yaxınlarıdır. 

Məlumata görə, bəzi cəsədlər parçalandığı üçün dağıntılar altında heç kimin sağ qalma şansı yoxdur. 

Chosen
58
1
bakivaxti.az

3Sources