EN

Türkiyədə dəhşətli ter*roru kimin törətdiyi bilindi


TUSAŞ-a qarşı t*error hücumunu PKK t*error təşkilatının üzvləri həyata keçirib.

Publika.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər açıqlayıb.

“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik və edilənlərin acısını ikiqat artıracağıq, bunu hamı görəcək”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu gün Ankaranın Kahramankazan rayonunda TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.



Chosen
13
2
news24.az

10Sources