EN

Münhen prokurorluğu Rusiya vətəndaşını iki ukraynalının qətlində ittiham edib

Münhen prokurorluğu Rusiya vətəndaşını 2024-cü il aprelin sonunda Bavariyada iki Ukrayna əsgərinin qətlində ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə “Euronews” telekanalı departamentə istinadən məlumat yayıb. Təqsirləndirilən şəxsin adı açıqlanmayıb. Qatilin 57 yaşı olduğu və 1990-cı illərdən Almaniyada yaşadığı məlum olub.

Xatırladaq ki, aprelin 28-də Bavariya polisi Qarmiş-Partenkirxen rayonunun Murnau şəhərində 23 və 36 yaşlı iki Ukrayna vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı rusiyalının həbs edildiyini açıqlayıb. Qətl aprelin 27-də Murnau Untermarkt ticarət mərkəzinin yaxınlığında baş verib. Alman mediası üç şəxsin bir-birini tanıdığını və onların sərxoş ola biləcəyini yazıb.

“Aprel ayında yerli hakimiyyət orqanları müstəntiqlərin bu cinayəti Rusiya-Ukrayna münaqişəsi ilə əlaqələndirən heç bir sübuta malik olmadığını iddia etmişdilər. Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, aprelin 27-də kişilər arasında Ukraynadakı müharibə ilə bağlı mübahisə alovlandı”, , deyə Euronews-un məlumatında bildirilir.

İstintaq hesab edir ki, təqsirləndirilən şəxs “milli qüruru aşağılandığı” üçün iki nəfəri öldürüb. Bavariyanın Ekstremizm və Terrorizmlə Mübarizə Mərkəzi İdarəsinin (ZET) müstəntiqləri rusiyalını “millətçi” və “Rusiya təcavüzünün qatı tərəfdarı” kimi xarakterizə ediblər

Poliqon.info

Chosen
49
poliqon.info

1Sources