EN

Bataqlıqlarda dinozavrların yanında yaşayan iri heyvan tapılıb

ABŞ-ın Kolorado ştatlında dinozavrlar dövründə ştatın bataqlıqlarında yaşadığı ehtimal olunan müşk siçovulu (ondatra) ölçüsündə məməli qalıqları tapılıb.
 
Araşdırmanın nəticələri “PLoS ONE” jurnalında dərc olunub.
 
Məqalədə heyvanın 2016-cı ildə tapılan çənə sümüyü və üç azı dişindən təsvir edildiyi bildirilir. “Heleocola piceanus” (bataqlıqların sakini) adlandırılan heyvan təxminən 70-75 milyon il əvvəl Koloradoda yaşayıb.
 
Bataqlıq sakini dövrün digər məməliləri ilə müqayisədə çox böyük olub. Çünki o dövrdə heyvanların çoxu siçan boyda idi. Onun bitkilər, həşəratlar və ya digər kiçik heyvanlarla qidalandığı ehtimal olunur.
Chosen
28
moderator.az

1Sources