EN

Aktürkoğlu yenə qol vurdu - ÇL-in bombardirlər siyahısındadlr

style='margin-bottom:10px;'>

Türkiyə milli komandasının futbolçusu Kerem Aktürkoğlu Çempionlar Liqasında növbəti qolunu vurub.

QOL.az xəbər verir ki, ÇL-in 3-cü turunun “Feyenoord”a (Niderland) qarşı matçında “Benfika”nın (Portuqaliya) 26 yaşlı vingeri fərqlənməyi bacarıb. Niderland təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Aktürkoğlu komandasının yeganə qolunun müəllifi olub. 

Beləliklə, hazırda türk futbolçunun hesabında 3 qol var. Bu nəticə ilə o, ÇL-in bombardirlər siyahısında 12 futbolçu ilə 3-cü yeri bölüşdürür. Birinci yeri “Bavariya”dan Harri Keyn (5 qol), ikinci yeri “Barselona”dan Rafinya (4 qol) tutur.

Xatırladaq ki, Aktürkoğlu “Srvena Zvezda” və “Atletiko” Madridlə matçlarda da bir qol vurmağı bacarıb.

Bundan başqa, türk futbolçu Portuqaliya Liqasında meydana çıxdığı 3 oyunda 2 qol vurub, 2 qolun isə ötürməsini edib.

Chosen
17
1
teleqraf.com

2Sources