EN

İqlim tarazlığı üçün maliyyə islahatları

COP29-un “X” hesabında COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgievanın iqlim davamlılığı üçün maliyyə islahatlarını müzakirə etmələri barədə paylaşım edilib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev və maliyyə naziri Samir Şərifovun iştirak etdikləri görüşdə iqlim davamlılığı üçün maliyyə islahatları və həllərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə diqqət dayanıqlı, iqlimə uyğun inkişafın gerçəkləşdirilməsi üçün qlobal maliyyə sistemlərinin COP29 məqsədləri ilə uzlaşdırmasının zəruriliyinə yönəldilib.

Chosen
28
xalqqazeti.az

1Sources