Sürücüyə 47 minə yaxın cərimə yazılıb - Video
Azərbaycanda minik avtomobilinin sahibinin ünvanına 47 min manata yaxın cərimə protokolu yazılıb. Bu barədə Xəzərxəbər sujet hazırlayıb.
Bakının Qaradağ rayonunda yaşayan Habil Qurbanovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olduğu üçün 2014-cü ildə ona dövlət tərəfindən minik avtomobili verilib. Bu ilin may ayında isə bildirilib ki, 99 HG 134 dövlət nömrə nişanlı həmin nəqliyyat vəsitəsinin 46 min 954 manat cəriməsi var və bu səbəbdən də duracağa yerləşdirilib.
www.anews.az