PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı oğlu və DEM Partiyasının deputatı Ömər Öcalan 4.5 ildən sonra ilk dəfə əmisi ilə görüşdüklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
“Abdullah Öcalanla son təkbətək görüş 2020-ci il martın 3-də olub. Biz ailə olaraq Öcalanla illər sonra yenidən görüşdük. Qanuni hüquq olan adi ailə ziyarətlərinin şəraitdən asılı olmayaraq davam etməsini istəyirik”, - deputat yazıb.
Qeyd edək ki, dünən Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxt Ankaradakı obyektlərinə qarşı terror aktı həyata keçirilib. Olay zamanı 5 nəfər həlak olub, 25-ə yaxın insan yaralanıb. Türkiyə baş verənlərə görə PKK-nı ittiham edib.
Müəllif: Mənsur Rəğbətoğlu