Bakı, 24 oktyabr, AZƏRTAC
Bu gün Sumqayıtın bir hissəsinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Sumqayıt RETSİ-nə (Regional Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sumqayıtda 9, 10, 12, 14-cü mikrorayonlarda, eləcə də bəzi məhəllələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.