Bakı. Trend:
Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkəndiaqnostikadır. İcbari tibbi sığorta hesabına süd vəzi xərçənginindiaqnostikası vətəndaşlara ödənişsiz şəkildə təqdim olunur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumatagörə, müxtəlif səbəbli müraciətlər əsasında icbari tibbi sığortahesabına əhaliyə göstərilən süd vəzinin diaqnostik müayinəsiistiqamətində 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 22 294sayda xidmət göstərilib.
Xəstəliyin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltınahiyədə bərk və nahamar törəmənin əmələ gəlməsi, gilədən ifrazat,gilənin içəriyə doğru batması, süd vəzisinin ölçülərində böyümə vəya kiçilmə, yerli hərarət və qızartı, şişkinlik, dərinin portağalqabığına bənzər görünüş alması və s. aiddir.
Süd vəzi xərçənginin inkişaf etməsinə təsir edə bilən bir çoxrisk faktorları var. Məsələn, irsi və yaş faktorları, hormonaldəyişikliklər, 12 yaşdan tez başlayan mensturasiya, gec yaşdamenopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyiyaş və hamiləlik sayı, ana südü ilə qidalandırmamaq, siqaret vətütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəkivə piylənmə, fiziki aktivliyin aşağı olması və s.
İcbari tibbi sığorta hesabına qarşılanan müayinələrə süd vəzixərçənginin diaqnostikasında “qızıl standart” sayılan mammoqrafiyamüayinəsi, ultrasəs müayinə (USM), maqnit rezonans tomoqrafiya(MRT), məmənin duktoqrafik müayinəsi, biopsiya və digər laboratortestlər aiddir.
Süd vəzisinin yoxlanışına hər bir qadın özünü müayinə iləbaşlamalıdır. 20 yaşdan yuxarı qadınlara hər menstrual siklin5-10-cu günləri aralığında, menopauza və sonrası dövrdə olanqadınlara isə hər ayın eyni günündə güzgü önündə vizual və əl iləözünü müayinə etməsi tövsiyə olunur. Hər qadın süd vəzilərində başverən dəyişikliklərə diqqət etməli və hər hansı dəyişiklik olduqdadiaqnozun dəqiqləşdirilməsi üçün vaxtında həkimə müraciətetməlidir. Ümumiyyətlə, 20 yaşdan yuxarı qadınlara iki ildən birixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarıqadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçməkməsləhət görülür. Mammoqrafiya müayinəsi zamanı alınan radiasiya(şüalanma) digər rentgenoloji müayinələr zamanı alınan radiasiyadandaha aşağı dozadadır. Şübhəli düyün aşkarlanarsa dəqiq diaqnozbiopsiya yolu ilə qoyulur. Biopsiya zamanı süd vəzisindəkitörəmədən nümunə alınır və hazırlanmış preparat mikroskop altındaincələnir. Bu yolla əldə edilən nəticə dəqiq diaqnozun qoyulmasındamühüm rol oynayır.
Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedənmüayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatıilə yararlana bilərlər. Qeyd edək ki, icbari tibbi sığorta iləqarşılanan süd vəzi xərçənginin diaqnostikası TƏBİB-intabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinintabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyatakeçirilir.
Məlumat üçün bildirək ki, oktyabr ayı süd vəzi xərçəngi iləmübarizə ayıdır. Dünyada hər 8 qadından biri bu xəstəlikdən əziyyətçəkir. Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə məlumatlarınaəsasən Azərbaycanda süd vəzi xərçəngi qadınlar arasında yayılmasınagörə xərçəng xəstəlikləri arasında birinci yerdədir.