EN

MİT TUSAŞ şəhidlərinin qisasını aldı — Terrorçuların hədəfləri darmadağın edildi (FOTO)

Milli Kəşfiyyat Təşkilatı (MİT) Ankarada Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) şirkətinə terror hücumundan sonra Suriya və İraqın şimalındakı PKK hədəflərini məhv edib.

Demokrat.az
Türkiyə mediasına istinadən xəbər verir ki, MİT sözügedən əməliyyatlarda Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan təşkilata məxsus hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox strateji nöqtəni vurub.

MİT-in terror təşkilatı PKK/YPG-yə qarşı planlaşdırılan hədəfə çatana qədər əməliyyatlarını fasiləsiz davam etdirəcəyi öyrənilib.

Milli Müdafiə Nazirliyindən açıqlamada isə bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, ictimaiyyətə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını zərərsizləşdirərək aradan qaldırmaq məqsədilə PKK/KCK və digər terror ünsürləri ilə sərhəd təhlükəsizliyini təmin etmək üçün oktyabrın 23-də İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı keçirildiyi bildirilib.

Açıqlamada terrorçulara məxsus 32 hədəfin müvəffəqiyyətlə məhv edildiyi, hava əməliyyatlarının qətiyyətlə davam etdiyi qeyd edilib. Həyata keçirilən əməliyyatlarda yerli və milli silah-sursatdan maksimum istifadə edilərək bir çox terrorçunun zərərsizləşdirildiyi vurğulanır: "Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi bu gün də mübarizəni davam etdirir. Ölkəmizin və millətimizin gələcəyi və təhlükəsizliyi üçün terrora qarşı əzm və qərarlı şəkildə bir nəfər də terrorçu qalmayana qədər davam edəcəyik".




Jalə
Demokrat.az



Chosen
46
22
demokrat.az

10Sources