EN

ÇL tarixində "Mançester Siti" kimisi olmayıb

Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda öz meydanında Çexiya "Sparta"sını 5:0 hesabı ilə məğlub edən "Mançester Siti" qitənin ən mötəbər turnirində rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi ÇL tarixində ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klub ünvanına sahib çıxıb.

Oyunların yalnız 90 dəqiqəsi nəzərə alınmaqla, MS ardıcıl 26 görüşdə yenilgi tanımayıb. Öncəki rekord digər İngiltərə nəhəngi "Mançester Yunayted"ə məxsus idi. "Qırmızı şeytanlar" Aleks Ferqyusonun rəhbərliyi altında ardıcıl 25 matçda məğlub olmamışdılar.

Nihat

Chosen
1
1
fanat.az

2Sources