EN

İstismarına icazə olan ağırçəkili nəqliyyat vasitələrinin sayı açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2022-ci ildə 2 373, 2023-cü ildə 4 591, 2024-cü ilin 9 ayında isə 4 342 ədəd ağırçəkili nəqliyyat vasitələrinin istismarına icazə verib.

Bunu qurumun Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.

"Ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılmasına başlanılıb. Bu proses mərhələli şəkildə aparılır və ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. Artıq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla, 6 elektron tərəzinin quraşdırılması tamamlanıb. 5 ərazi üzrə hazırda işlər davam etdirilir. Daha 2 ərazidə - Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunda və "Zəfər Yolu"nda isə işlərə yaxın günlərdə başlanılacaq", - deyə o qeyd edib.

AYNA rəsmisi vurğulayıb ki, elektron tərəzilərdən əldə olunan məlumatlar monitorinq mərkəzində toplanılır, emal edilir və qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tnəbeh tədbirlərinin görülməsində istifadə edilir: "Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Qərarın tələblərinə əməl etmədən, iriqabaritli və yaxud ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükdaşıma fəaliyyəti göstərən şəxslərin barəsində görülən inzibati tədbeh tədbirləri üzrə də icraatın aparılmasında dəyişiklik edilib. Belə ki, qayda pozuntuları elektron tərəzilərin vasitəsilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Barələrində inzibati təneh tədbirlərinin tətbiq edilməməsi üçün, yük daşımalarla məşğul olan hüquqi və fiziki şəxslər, sözügedən qərarla müəyyən edilmiş tələbləri bilməli və istifadələrində olan yük nəqliyyat vasitələri ilə daşımaları icazə verilən qabarit və çəki parametrləri daxilində həyata keçirməlidirlər".

©Report 

Chosen
15
1
valyuta.az

2Sources