EN

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Peter Pelleqrini bir neçə gündən sonra Azərbaycana səfər edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Pelleqrini Azərbaycana səfər planları barədə Almaniyada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək danışıqlarda o, Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Pelleqrini əlavə edib ki, Azərbaycana qarşıdakı səfərini Almaniya kansleri Olaf Şolts ilə müzakirə edib.

Chosen
67
12
azpolitika.info

10Sources