EN

“Mən bu uşaqları tanıyıram və əminəm ki...” – İqor Ponormaryovun 0:6-ya izahı

Məlum olduğu kimi, “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası dünən UEFA Gənclər Liqasında böyük hesabla məğlub oldu.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda ilk oyunca İsveçrə “Bazel”inə 0:6 hesabı ilə uduzdu. Ölkədə aşağı yaş qruplarının səviyyəsinə görə öncüllərdən sayılan “Sabah”ın yeniyetmələrinin belə aqibətlə üzləşməci acı təəssüf doğurur. İndidən Avropada biabır olan futbolçular gələcəkdə necə böyük karyeraya sahib ola bilər?
“Football-plus.az” uğursuzluğun səbəbini öyrənmək üçün “Sabah”ın idman direktoru İqor Ponomaryova müraciət edib:

“Uduzmağımız, əlbəttə, çox təəssüfləndiricidi. Mən bu uşaqları tanıyıram və əminəm ki, onlar da bu oyundan müsbət nəticə ilə ayrılmaq, həm “Sabah”ı, həm də ölkəmizi ən yaxşı şəkildə təmsil etmək istərdilər. Komanda oyun zamanı bir neçə fərdi səhvə yol verdi. Xüsusilə səhv oyunun əvvəlində baş verirsə, bu, bütün komandanın oyununa mənfi təsir göstərir. Nəzərə alaq ki, onlar hələ çox gəncdilər və psixoloji baxımdan tam möhkəmlənməyiblər. Bizim uşaqlar tez böyüməlidilər, onlar artıq indidən əsas komanda üçün mübarizə aparmalıdı. Nə vaxt ki, onlar əsas komandanın “qapısını döyəcək”, bunun üçün mübarizə aparacaqlar, onda daha yaxşı futbol nümayiş etdirməyə başlayacaqlar. İnanıram ki, uşaqlar cavab oyununda ilk matçdakı hesabın təsadüf olduğunu sübut etmək üçün əllərindən gələni edəcəklər”.


RÖYANƏ OĞUZ
Chosen
48
football-plus.az

1Sources