EN

Gülənin dəfn mərasimində təkbir qadağan edildi, İncildən parçalar oxundu - FOTO

FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib. Təkbir deməyin qadağan edildiyi dəfn mərasimində bir kardinal Gülənin tabutunun yanında İncildən parçalar oxuyub.

Turkustan.az xəbər verir ki, FETÖ lideri Gülənin dəfn mərasimində təkbir deməyin qadağan edildiyi, tabutu başında İncildən parçalar oxunduğu məlum olub.

ABŞ-ın müxtəlif ştatlarından və dünyanın müxtəlif yerlərindən minlərlə terror təşkilatı üzvü dəfn mərasimində iştirak etmək üçün Skyland Beysbol Stadionuna gəlib. ABŞ polisi bölgədə geniş təhlükəsizlik tədbirləri görüb. Terror təşkilatı üzvləri stadiona yalnız təşkilat üzvlərinin adları üçün hazırlanmış QR kodla daxil olublar. Gülənin cənazəsi qara rəngli “Cadillac” markalı avtomobillə stadiona gətirilib. ABŞ polisi türk jurnalistlərin görüntülər çəkməsinə mane olub. Stadionun yerləşdiyi Esseks bölgəsində yerli vaxtla saat 10.00-14.00 arasında pilotsuz təyyarələrin uçması qadağandır.

Təşkilat üzvlərinin üzlərini gizlədərək qatıldığı dəfn mərasimində diqqətçəkən anlar yaşanıb. FETÖ terrorçularının təkbir oxumağı qadağan etdiyi dəfn mərasimində bir kardinal Gülənin tabutu başında İncildən parçalar oxuyub. İngilis dilində oxunan hissələrin türkcə qarşılığı belə idi: "Hamımız onun övladlarıyıq. O, bizim üçün özünü fəda etdi. Rəbbimiz, bu mirasın davamını təmin edib bütün dünyaya yaymağımız üçün dua edirik". Sosial şəbəkələrdə kardinalın tabutun üstündəki keçidi oxuduğu anın görüntüləri yayılıb.

Elebaşı

Elebaşı

Elebaşı

Elebaşı

Elebaşı

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
16
turkustan.az

1Sources