Olaylar bildirir ki, bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər yerindən həbsxana və psixiatrik xəstəxanalardan olan miqrantların axınına qapı açıb.
"Biz zibilxanayıq, biz dünya üçün zibil qabıyıq", - Tramp söyləyib.
Tramp həmçinin vəd edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə noyabrın 5-i "Amerikanın Azadlıq Günü" olacaq. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31