“Azpetrol” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabr ayının 24 – də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
"APA-Economics" xəbər verir ki, Bakının Müşfiqabad ərazisində təşkil olunan ağacəkmə aksiyasında “Azpetrol”şirkətinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Müşfiqabad qəsəbəsinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.