EN

Türkiyədə polis və terrorçular arasında atışma: PKK üzvü öldürüldü

Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma olub.

Axar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerliqaya X-də yazıb.

O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı PKK/KCK nümayəndəsi polislərə müqavimət göstərib və o, atışma nəticəsində öldürülüb.

“Faraşin-Bedran” kod adlı terrorçunun qırmızı bülletenlə axtarıldığı bildirilir.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1 M16 avtomatı, 1 AKİS avtomatı, 5 ədəd M16 avtomatının darağı, 5 ədəd AKİS avtomatının darağı, 4 əl bombası, 2 poverbank, 3 durbin, 1 bel çantası, 1 diktafon, 1 əl fənəri və digər ləvazimatlar ələ keçirilib.

A.Yerliqaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.

Chosen
19
15
axar.az

10Sources