EN

Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub (FOTO)

Bakı. Trend:

24 oktyabrda bir sıra xarici ölkələrin Cenevrədə akkreditəolunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatlarıüçün brifinq təşkil olunub.

Brifinq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), AzərbaycanRespublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalqtəşkilatlar yanında Daimi Nümayəndəliyi və Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi (RİNN) tərəfindən COP29 zamanı keçiriləcəkYaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı keçirilib.

Brifinqə Cenevrədə fəaliyyət göstərən 30-a yaxın diplomatikmissiyadan nümayəndə qatılıb.

Tədbir zamanı BTİ Baş katibinin müavini Tomas Lamanauskas,ölkəmizin Cenevrədəki daimi nümayəndəsi Qalib İsrafilov, RİNN-inAparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Xarici İşlərNazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədovçıxış edərək adıçəkilən təşəbbüsün əhəmiyyəti barədə brifinqiştirakçılarını məlumatlandırıblar.

Tədbirdə, həmçinin təşəbbüs və bu çərçivədə keçiriləcəkyüksəksəviyyəli tədbirə hazırlıq prosesinin gedişatı,planlaşdırılan işlər və qarşıda duran məsələ və prioritetlərə dairtəqdimat olub.

Brifinq zamanı iqlim fəaliyyəti və davamlılığın artırılmasınaminə rəqəmsallaşmanın transformativ potensialından istifadə etməküçün birgə səylərin vacibliyi vurğulanıb. Bildirilib ki, COP29çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda Rəqəmsallaşma Günükeçiriləcək. Bu, öz növbəsində iqlim böhranı ilə mübarizədərəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrəəlavə təkan verəcək və bu istiqamətdə birgə fəaliyyəti təşviqedəcək.

Həmin gün Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmimasa keçiriləcək və yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyətüzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə sürətli rəqəmsallaşmanınətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlıfəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçünçərçivə rolunu oynayacaq.

Sonda brifinqə qatılan diplomatlar bu mühüm təşəbbüsüdəstəkləməyə, yüksəksəviyyəli tədbirə və bəyannaməyə qoşulmağadəvət olunublar.

Cenevrədə
Cenevrədə
Chosen
49
16
az.trend.az

10Sources