EN

BRICS Azərbaycana nə verə bilər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rüstəm Qaraxanlı yazır...
1990-cı ildə "Qlobal Cənub"un dünya ÜDM-dəki payı 19% təşkil edirdisə, 2024-cü ilin statistikasına görə, bu göstərici 50%-lik həddi arxada qoyub. BRICS-in Kazan sammitində Vladimir Putinin təşkilat üzvlərinin dünya iqtisadiyyatındakı payının Qərbin ehtiyatlarını ötdüyünü elan etməsi tədbirin əsas ideoloji leytmotivi oldu. Son üç onillikdə BRICS cəbhəsində olan ölkələrin dünya iqtisadiyyatındakı rolunda fundamental dəyişikliklər baş verib: "üçüncü dünya dövlətləri", "az inkişaf etmiş dövlətlər", yaxud politkorrektlik naminə "Qlobal Cənub"un təmsilçiləri adlanan bu ölkələr xammal ixracatçıları imicini dünya investorları statusuna dəyişməyə müvəffəq olublar.
"The Africa Wealth Report"un məlumatına əsasən, BRICS-in ən cənub təsisçisi Cənubi Afrikada 2023-cü ildə 37400 milyonçu, 102 multimilyonçu və 5 milyarder olub. Tək Yohanesburq şəhərində 12300 nəfər dollar milyonçusu, 2 milyarder yaşayır. Afrikanın digər təmsilçiləri - Misir, Nigeriya, Keniya, Mərakeş, Əlcəzair, Qana, Efiopiya, Namibiya və Mavriki "qara qitə"nin milyonçularına görə lider mövqedədirlər. Yaxın 10 ildə onların sayının 80% artacağı proqnozlaşdırılır.
Dünyanın ikinci iqtisadiyyatı sayılan və ABŞ-ni ötmək niyyətində olan Çində milyarderlərin sayı 1100 nəfərdən çoxdur. "Forbes"in məlumatına görə, iki ildən çoxdur faktiki iqtisadi blokadada və sanksiyalar altında olan Rusiyada 125 milyarder yaşayır. 2023-cü ildə onların sayı 19 nəfər, var-dövlətləri isə 71,8 milyard dollarlıq artım nümayiş etdirib. Braziliyada 80 milyarder yaşayır, onlardan birinin cəmi 19 yaşı var. BRICS-in ötənilki sammitində Aya kosmik raket uçurmaqla geosiyasi iddialarını daha da möhkəmləndirən və təşkilatın liderliyinə can atdığını anons edən Hindistanda da təqribən eyni mənzərədir. XXI əsrin elmi-texnoloji trendlərini əxz edən bu dövlətlər birqütblü və istismarçı dünya reallıqları ilə razılaşmaq istəmirlər. Kollektiv Qərbin onlar üzərindəki aşağılayıcı dominantlığı və Cənub təmsilçilərinin yalnız xammal statusunda qalmaq istəməmələri BRICS-in iqtisadi nüfuzunu və siyasi çəkisini artıran başlıca amildir.
"Qlobal Şimal", yaxud kollektiv Qərbə alternativ olan "Qlobal Cənub" terminində "cənub" ifadəsi əslində şərti xarakter daşıyır. Çünki təmsilçilərin az bir qismi, məsələn, CAR, yaxud Braziliya ekvator xəttindən aşağıda yerləşir. Nə Rusiya və Çin, nə əhalisinin sayına görə dünya birinciliyini ələ keçirən Hindistan, nə də yeni üzvlər olan BƏƏ və İran coğrafi baxımdan bu terminoloji klassifikasiyaya uyğun gəlmirlər. Yaxud, Avstraliya və Yeni Zelandiya cənubda yerləşsələr də, Yaponiya ilə birlikdə Qərb alyansının əvəzedilməz üzvləridirlər.
Əgər kollektiv Qərbin əsas təşkilatları G-7 və Avropa Birliyidirsə, "Qlobal Cənub"da bu rolu BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı oynayır. Birincinin sürətlə genişlənməsi onu göstərir ki, bu qurum birqütblü dünya və Qərbin imperialist yanaşmasına müxalif olan əsas təşkilata çevrilir. BRICS-lə hesablaşmamaq mümkün deyil. Ukraynanın BMT-nin baş katibi Antoniu Quterreşi Kazana getməyə görə tənqid etməsinə qarşı əks-arqument bu reallığın əyani etirafıdır: dünya əhalisinin tən yarısı BRICS ölkələrində yaşayır. Bu amili necə inkar etmək olar?
Azərbaycan BRICS-lə əməkdaşlıqdan nə əldə edə bilər? Milli ictimai rəyi Kazan sammiti prizmasından ən çox maraqlandıran sual budur. Rəsmi Bakı sanballı müttəfiqlik şəbəkəsinə əsaslanan xarici siyasət kursunu nümayiş etdirməklə yanaşı, istənilən hərbi-siyasi blokdan məsafədə durmağa üstünlük verir. Bu siyasi kurs özünü Azərbaycanın dünyanın ikinci ən iri beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatındakı üzvlüyündə və liderliyində tam doğruldur. Məsələnin, siyasi incəliyi ondadır ki, bu hərəkatın əksər üzvləri özlərini məhz "Qlobal Cənub" geosiyasi məkanında, yaxud BRICS-də görürlər. Bu baxımdan, Azərbaycanın BRICS-lə siyasi təmaslarını intensivləşdirməsi, hətta gələcək mümkün üzvlüyü belə tam əsaslı gedişat təsiri bağışlayır.
BRICS üzvləri sırasında həm coğrafi baxımdan qonşuluqda, həm də iqtisadi potensial nöqteyi-nəzərdən Azərbaycana maraqlı olan xeyli sayda dövlətlər var. Rusiya öz yerində, ərəb dünyası bir, strateji müttəfiqimiz və "Orta dəhliz"in əsas benefisiarı olan Çin isə digər tərəfdən. Azərbaycan tək Şərq-Qərb logistik dəhlizin deyil, eyni zamanda, Şimal-Cənub layihəsinin aparıcı bəndlərindən biridir. 2001-ci ildən etibarən Cənub-Cənub xəttinin dünya ÜDM-dəki investisiya payı durmadan artır. Bu müstəvidə Şimal-Cənub və Cənub-Şimal istiqamətli investisiya portfeli Şimal-Şimal xəttini geridə qoyur. Bu baxımdan, Azərbaycanın geoiqtisadi verktorunu bu istiqamətə yönəltməsi yüksək rentabellik vəd edən siyasətdir.
Yeri gəlmişkən, Ermənistanın Rusiya ilə 14 milyard dollara çatacaq iqtisadi dövriyyəsində İrəvanın Rusiya almazının BƏƏ-yə ötürülməsi prosesində tranzit funksiyasının böyük payı var. Müqayisə üçün, Ermənistanın əsas müttəfiq Fransa ilə ticarət dövriyyəsi təvazökar həddə - 100 milyon dolların bir qədər üzərindədir. ABŞ ilə da aşağı-yuxarı bir o qədər. Yəni iqtisadi baxımdan, İrəvan da faktiki olaraq BRICS məkanındadır ki, Azərbaycanla yekun sülhə doğru inqilabi irəliləyişin məhz Kazan sammitinə təsadüf etməsi qeyri-adi təəssürat bağışlamamalıdır.
Chosen
69
50
oxu.az

10Sources