EN

Ankaradakı qətliamın görünməyən üzü: hədəf kimdir? - VİDEO

Son günlər Türkiyə gündəmində olan mühüm məsələlərdən biri də Abdulla Öcalan ilə bağlı olan xəbərlərdir.


Belə ki, MHP sədri Devlet Bahçelinin PKK lideri Abdullah Öcalanın parlamentə gələrək PKK -nın ləğv edildiyini açıqlaması təklifi və bunun reallaşa biləcəyinə dair çıxışı Türkiyə siyasətinin gündəmi olmağa davam edir.


Prezident Rəcəb Tayyib Erdoğan Bahçelinin çağırışına dəstək verərək “Birlikdə terrorun olamadıği Türkiyədə yaşamaq istəyirik” - deyə bildirmişdi. Bu açıqlamalardan çox keçməmiş Türkiyənin Ankara şəhərində terror hadisəsi törədildi.



TUSAŞ-ı hədəf alan PKK-lı terrorçular 5 nəfəri öldürdülər, 22 nəfər isə yaralandı.


Bəs həm Devlet Bahçelinin, həm də Əroğanın açıqlaması nədən xəbər verir? Terror hadisəsi bu açıqlamalarla əlaqəli ola bilərmi?


Baş verənlərlə bağlı siyasi şərhçi Əziz Əlibəyli BTV-yə açıqlama verib:




BakuPost
Chosen
24
bakupost.az

1Sources