Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası bu ilin ən yaxşı pleymeykeri adına namizədlərin siyahısını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, sözügedən qurumun mətbuat xidməti bu haqda məlumat paylaşıb.
Bildirilir ki, bunlar İlkay Gündoğan, "Mançester Yunayted"dən Brunu Fernandeş, "İnter"indən Hakan Çalhanoğlu, "Milan"dan Yunus Musah, "Real Madrid"dən Cud Bellinqem, Toni Kroos, "Barselona"dan Dani Olmo (əvvəlki klubu "Leyptsiq), "Rayo Valyekano”dan Xames Rodriqes (əvvəlki klubu "San Paulo"), "Bayern Münhen"dən Camal Musiala, "Bayer Leverkuzen"dən Florian Virts, ABŞ-nin "İnter Mayami" klubundan Lionel Messi, Fransa çempionu PSJ-dən Li Kan, "Arsenal"dan Martin Edeqor, "Mançester Siti"dən Kevin De Bröyne və "Vest Hem"dən Məhəmməd Kudusdir.