Meksikanın Gerrero əyalətində kartellər arasında baş verən qarşıdurmada 2-si polis olmaqla 16 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, ötən gün ölkənin cənubundakı Gerrero ştatının Tekpan de Qaleana şəhərində qarşıdurma baş verib.
Meksika Müdafiə Nazirliyindən verilən açıqlamada qarşıdurma zamanı 2 polisin öldüyü, 4-nün yaralandığı bildirilib.
Açıqlamada Milli Qvardiyanın hadisələrə müdaxilə etdiyi və 3 əsgərin yaralandığı bildirilib. Hadisə zamanı 14 kartel üzvünün öldüyü, 11 nəfərin saxlanıldığı bildirilib.