EN

“Bank Respublika”nın uğursuz yatırımı - “Bakı Sığorta”nın biznesi sürətlə əriyir

 “Bakı Sığorta” şirkətinin biznesi kiçilməkdə davam edir. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkəti bu ilin ilk doqquz ayında 1,52 milyon manat sığorta haqqı toplayıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə və ya 2,57 milyon manat azdır. 2023-cü ilin yanvar- sentyabr aylarında sığorta şirkəti 4,08 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Bu dövrdə “Bakı Sığorta”nın sığorta ödənişləri də azalmağa başlayıb. Şirkətin ödənişləri ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk doqquz ayında 33% və ya 665 min manat azalaraq 1,35 milyon manata enib. Yığımların ödənişlərə nisbətən daha kəskin azalması sığorta şirkətinin zərərliliyinə mənfi təsir edib. 

Belə ki, “Bakı Sığorta” 2023-ci ilin yanvar-sentyabr aylarında topladığı hər 100 manatdan 49 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 89 manata qədər artıb. 
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun səhmlərinin 93,32%-i “Bank Respublika”ya, 6,68%-i isə “Ekolizinq” MMC-yə aiddir.

Leyli

Chosen
47
44
valyuta.az

10Sources