EN

Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin maliyyə inklüzivliyinin artırılması müzakirə olunub

AMB sədri Taleh Kazımov DB və BVF-nin İllik Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrləri və maliyyə nazirlərinin qatıldığı görüşdə iştirak edib.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri "X"də bildirib.

"BVF-nin icraçı direktorunun müavini Bo Linin təşəbbüsü ilə keçirilən görüşdə region ölkələrində maliyyə inklüzivliyinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətin əhəmiyyəti müzakirə olundu. Görüşdə çıxış zamanı BVF-nin və digər maliyyə institutlarının regionda potensialın inkişaf etdirilməsi, məsləhət xidməti, qarşılıqlı əlaqələndirmə vasitəsilə maliyyə inklüzivliyinin artırılması təşəbbüslərinə mümkün dəstək imkanları ilə bağlı fikirlər diqqətə çatdırıldı", - sədr qeyd edib.

Chosen
3
5
operativmedia.az

6Sources