EN

Bolqarıstanda gümüş medal

Azərbaycan velosipedçisi Tural İsrafilov Bolqarıstanın Plovdiv şəhərində keçirilən I Balkan çempionatında uğurla çıxış edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, o, yarışda gümüş medal qazanıb.

İdmançı 10 kilometr məsafədə velosipedin skretç yarışlarında buna nail olub.

Chosen
14
msport.az

1Sources