EN

"Real" yaxşı təşkilatlanmış komandadır, amma..." -Hans-Diter Flik

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 11-ci turunda "Real Madrid"ə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:

"Komandanı bu matça yaxşı hazırlamaq çox vacibdir. Nə dərəcədə vacib olduğunu izah etməyə çətinlik çəkirəm. Amma əlbəttə ki, sabahkı qarşılaşmanı səbirsizliklə gözləyirik.

"El klasiko" oyun üslubumuzun qiymətləndirilməsi üçün lakmus kağızı sayılırmı? Bizim müxtəlif ideyalarımız var. "Bayern Münhen"lə Çempionlar Liqasındakı görüşdə başa düşdük ki, müəyyən şeyləri yaxşılaşdırmalıyıq. İndi biz "Real"ın oyun üslubuna uyğun futbol sərgiləməliyik. "Real" yaxşı təşkilatlanmış komandadır, amma öz uşaqlarımıza inanıram. İndiyədək bizdə hər şey yaxşı alınıb".

Qeyd edək ki, oktyabrın 26-da baş tutacaq "Real Madrid" - "Barselona" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

 

Chosen
17
fanat.az

1Sources