EN

Avropa Parlamenti sülh istəmir

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə tamamilə qərəzli və obyektivlikdən uzaqdır. Təəssüf ki, biz Avropa Parlamentinin timsalında Azərbaycana qarşı ikili standartların növbəti təzahürü ilə qarşılaşırıq.

Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Avropa Parlamenti 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalması faktına, milyonlarla azərbaycanlının öz torpaqlarından qovulmasına qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyib. Bu qətnamə bir daha göstərir ki, bizim ölkəmizin tarixi ədaləti bərpa etməsini hələ də həzm etməyən qüvvələr var.

“Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq, öz ərazi bütövlüyü və suverenliyini bərqərar edib. Yüzminlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasını təmin edib. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərinin məqsədi nəticə etibarilə həm də bu insanların Ermənistanın işğalçılıq siyasəti nəticəsində kobudcasına pozulmuş hüquqularının bərpasına şərait yaratmaqdır”, – deyə deputat vurğulayıb.

S.Məmmədov qeyd edib ki, Avropa Parlamenti bütün bu faktları görmək istəmir.

“Biz nəinki beynəlxalq münasibətlərdə, eyni zamanda insan hüquqularının qorunmasını özünün ali məqsədləri elan etmiş beynəlxalq təşkilatların qərarlarında ikili standartların şahidi oluruq. Avropa Parlamentinin qeyri-obyektivliyini təsdiqləyən faktlardan biri də bundan ibarətdir ki, bu təşkilat ötən müddət ərzində itkin düşmüş 4000-dək yaxın azərbaycanlının taleyinə biganə yanaşıb.

2020-ci ildə 10 noyabr bəyanatının imzalanmasından sonrakı dövrdə 381 nəfər azərbaycanlı mina qurbanı olub. Onlardan 70 nəfəri həlak olub, 311 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lakin Avropa Paramenti bu faktlara da göz yumub. Bunların heç biri qətnamədə əksini tapmayıb. Azərbaycan birtərəfli qaydada və əsassız şəkildə ittiham olunub”, – deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün fəal təşəbbüslərlə çıxış edir. “COP29 kimi mötəbər tədbirə evsahibliyi etməsi ölkəmizin qlobal miqyaslı problemlərə nə qədər həssas və məsuliyyətlə yanaşdığını göstərir. Avropa Parlamentinin bu qətnaməsi isə əksinə Cənubi Qafqazda sülhün əldə olunması prosesinə maneə yaratmaq məqsədi daşıyır.

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə tamamilə qərəzli və obyektivlikdən uzaqdır.

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün fəal təşəbbüslərlə çıxış edir. Avropa Parlamentinin qətnaməsi isə Cənubi Qafqazda sülhün əldə olunması prosesinə maneə yaratmaq məqsədi daşıyır.

Avropa Parlamenti 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalması faktına, milyonlarla azərbaycanlının öz torpaqlarından qovulmasına qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyib.

Avropa Parıamenti itkin düşmüş 4000-dək yaxın azərbaycanlının taleyinə biganə yanaşıb. “2020-ci ildə 10 noyabr bəyanatının imzalanmasından sonrakı dövrdə 381 nəfər azərbaycanlı mina qurbanı olub. Avropa Paramenti bu faktlara da göz yumub”, – deyə S.Məmmədov vurğulayıb.

Chosen
2
1
xalq.az

2Sources