Amerikanın istehlak malları istehsalçısı "Colgate-Palmolive" bu ilin üçüncü rübündə xalis mənfəətini 4% artırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
İyul-sentyabr aylarında şirkətin xalis mənfəəti 737 milyon dollar və ya hər bir səhm üçün 90 sent təşkil edib.
Hesabat dövründə şirkətin gəliri 2,4% artaraq 5,03 milyard dollara çatıb.
Gözəl Həşimova