Sığorta agentlərinin lisenziyaları bərpa olunub
Azərbaycan Mərkəzi Bankı 2 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Reyting.az xəbər verir ki, bununla bağlı qərar oktyabrın 22-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.
Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.