EN

Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir (FOTO)

Bakı. Trend:

2024-cü ilin ötən dövrü ərzində 330-dan çox KOB subyektininiştirakı ilə 8 “KOB FEST” sərgi-satış yarmarkası təşkilolunub.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul vəxidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsiməqsədilə ölkə regionlarında təşkil olunan “KOB FEST” sərgi-satışyarmarkası bu dəfə Xaçmaz rayonunda keçirilir. Kiçik və OrtaBiznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ZəfərParkının ərazisində keçirilən yarmarkada Xaçmaz, eləcə də ətrafşəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin məhsul vəxidmətləri təqdim edilir və satılır. Yarmarkaya KOB subyektləritərəfindən çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənayeməhsulları, un məmulatları, tekstil, sərinləşdirici içkilər,suvenirlər, arıçılıq məhsulları, sənətkarların və yaradıcışəxslərin əl işləri üstünlük təşkil edir.

Yarmarkanın açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcraHakimiyyəti başçısının birinci müavini Anar Oruclu və KOBİA-nınİdarə Heyəti sədrinin müavini Samir Hümbətov regionda sahibkarlıqfəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsiüçün dövlət dəstəyi tədbirləri barədə məlumat verib, belətədbirlərin regionda fəaliyyət göstərən sahibkarların məhsullarınınsatışı və yeni biznes əməkdaşlıqlarının qurulması üçün əhəmiyyətliolduğunu qeyd ediblər.

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkilolunub. Sərgi-satış yarmarkası oktyabrın 27-dək hər gün saat10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Xaçmaz rayonunda keçirilən “KOB FEST” sərgi-satışyarmarkası sayca 8-ci tədbirdir. Bundan əvvəl “KOB FEST”lər Bakı,Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan və Zaqatalada təşkil olunub.Bu yarmarkalar çərçivəsində ümumilikdə 330-a yaxın KOB subyektininməhsul və xidmətlərinin tanıdılmasına, satışına və yeni biznesəlaqələrinin qurulmasına dəstək göstərilib.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Chosen
30
4
az.trend.az

6Sources