EN

Serbiya Aİ-yə üzvlük üçün səylərini davam etdirəcək - prezident

"Dövlət başçısı olduğum müddətdə respublika öz xarici siyasət hədəflərini dəyişməyəcək və Avropaya inteqrasiya yolunu davam etdirəcək".

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

"Mən respublikanın prezidentiyəm, ölkədə ən yüksək legitimliyə sahibəm. Mən birinci turda iki dəfə ardıcıl olaraq vətəndaşlar tərəfindən birbaşa seçilmişəm - tariximizdə görünməmiş bir şeydir. Nə qədər ki, mən prezidentəm, biz dəyişməyəcəyik. Bu o deməkdir ki, bizim Avropa yolumuz və Avropa Serbiyasına sadiqliyimiz bizim tərəqqimizin mərkəzidir və Serbiya mənalı nəticələr əldə etmək ümidi ilə bu yolu davam etdirmək niyyətindədir”, - Vuçiçhazırda Belqradda səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə mətbuat konfransı zamanı çıxışında bildirib.

Bundan əvvəl Serbiya prezidenti qeyd edib ki, ölkə Kosovonun müstəqilliyini tanıdıqdan və anti-Rusiya sanksiyalarına qoşulduqdan sonra Aİ-yə üzv olacaq.

Chosen
36
1
aznews.az

2Sources