EN

"Qorxuram ki, o zaman Rusiya ilə Belarus arasında müharibə baş versin" - Lukaşenko

"Ağıllı siyasətçi addım atanda həmişə bunun nəticələrini düşünməlidir. Tutaq ki, Rusiya Ukraynanı istila etdi, sonra nə baş verəcək?.."
 
Rusiya Federasiyası Belarusu özünə birləşdirməyə cəhd edərsə, müharibə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko "İzvestiya" nəşrinə verdiyi müsahibəsində bəyan edib.
 
Lukaşenkonun sözlərinə görə, belə addım atmağa, sadəcə, zərurət yoxdur, çünki bu ölkələr İttifaq Dövlətinin tərkibinə daxildir. "Bizim Brestdən Vladivostokadək bir vətənimiz var və bundan qaça bilmərik", - Belarus lideri qeyd edib.
 
Lakin o, xatırladıb ki, hal-hazırda Rusiya və Belarus "öz günahımızdan olmasa da", müstəqil dövlətlərdir, siyasətçi gileylənib. Bu zaman Lukaşenko etiraf edib ki, Belarus şərq qonşusuna münasibətdə müstəqil dövlət deyil. "Biz bir-birimizdən asılıyıq", - o, deyib.
 
Lakin Lukaşenko Belarusun Rusiyaya birləşməsi ilə bağlı mövqeyində qətidir. "İstənilən siyasətçinin bu istiqamətdə istənilən bədən hərəkəti Belarus xalqının qətiyyətli müqaviməti ilə üzləşəcək. Mən təcrübəli siyasətçiyəm və bunu çox dəqiq bilirəm", - Lukaşenko izah edib.
 
"Siz kiçik dövlətsiniz, biz böyüyük, iqtisadiyyatınız belədir-elədir. Biz sizə kömək edəcəyik, gəlin, Rusiyaya birləşin...Məsələləri bu cür qoymaq olmaz. Bu, mümkün deyil və bunu gerçəkləşdirmək alınmaz. Qorxuram ki, bu, müharibə demək olacaq", - Belarus prezidenti xəbərdarlıq edib.
 
Lakin o, ümid edir ki, məsələ bu yerə gedib çıxmayacaq. "Siz bizim Putinlə münasibətlərimizi görürsünüz. Saysız-hesabsız danışıqlarımız, təmaslarımız, şəxsi və digər məsələlərlə bağlı görüşlərimiz olub. Bizim aramızda heç vaxt bu məsələ barədə söhbət olmayıb", - o, izah edib.
 
Lakin o, hər halda belə imkanı istisna da etməyib. "Rusiyada, elə yuxarı dairələrdə bu məsələ kimlərisə rahat buraxmır", - Lukaşenko deyib.
 
Siyasətçi Kremldə Belarusu "həzm-rabedən" keçirmək istəyənlərə müraciət edib. "Bəli, bu gün nəyisə qəsb etmək olar, bəs sabah nə baş verəcək? Yaxşı, tutaq ki, Rusiya Ukraynanı istila etdi. Sonra nə olacaq? Ağıllı siyasətçi addım atanda həmişə bunun nəticələrini düşünməlidir-sonra nə baş verəcək?" - Belarus prezidenti qeyd edib.
 
O, Rusiya hakimiyyətinə təkcə Belarusu deyil, Ukraynanı da istila etmək ideyasından imtina etməyi tövsiyə edib. "Belə böyük ölkəni fəsadlar olmadan əzmək olarmı? Əlbəttə, olmaz. Biz nəyə nail olmaq istəyirik, orada daima partizan müharibəsi olsun və bizə və rusiyalılara qarşı terror aktları törədilsin? Axı onlar bunu edəcəklər", - Lukaşenko xəbərdarlıq edib.
 
"Ona görə də indi dünya dəyişib, Orta əsrlər deyil ki, ərazini zəbt edəsən, vergiləri ödəyəsən və bununla da iş bitsin. Yox, dünya dəyişib, başqa cür olub. Ona görə də qarşıya axmaq vəzifələr qoymaq lazım deyil, bunun sonrasını düşünmək gərəkdir", - Belarus prezidenti bəyan edib.
Chosen
44
50
moderator.az

10Sources