EN

GiLTEX "A" dərəcəsi ilə Amfori BSCI sertifikatını alıb (FOTO)

Bakı. Trend:

COP29-un Tekstil Tərəfdaşı olaraq dayanıqlılıq təcrübələrinə vəqlobal iqlim hədəflərinə sadiqliyini vurğulayan GiLTEX MMC,dayanıqlılıq istiqamətində növbəti nailiyyət olaraq Amfori BSCIsertifikatını əldə edib. İsveçrənin SGS şirkəti tərəfindənkeçirilən audit zamanı şirkət "A" dərəcəsi ilə qiymətləndirilib. Bunailiyyət, Azərbaycanda dayanıqlılıq hərəkatının əsasoyunçularından biri olan GP Cotton Holdings-in şirkətlərindən biriolan GiLTEX-in Amfori BSCI standartlarına yüksək səviyyədəuyğunluğunu və məsuliyyətli biznes praktikasına sahib olduğunutəsdiqləyir.

Amfori BSCI tələbləri H&M, Adidas, IKEA, Marks & Spencer vəAmazon kimi dünya səviyyəli brendlər tərəfindən qəbul edilmişstandartdır. GiLTEX də bu sertifikata layiq görülən Azərbaycanınilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerinialıb.

Sözügedən sertifikat GiLTEX-in beynəlxalq bazarlarda sosialməsuliyyətli və təchizat zəncirində ədalətli iş şəraiti olan birtəşkilat kimi tanınmasına imkan yaradaraq, şirkətin uzunmüddətliəlaqələr qurmasına və ixrac potensialını artırmasına köməkedəcək.

"COP29 tərəfdaşlığı və Amfori BSCI sertifikatı, dayanıqlılıqfəaliyyətimizin davamıdır. Belə ki, biz uzun müddətdir stratejiməqsədlərimizdən biri olan dayanıqlılıq istiqamətində önəmliaddımlar atırıq. Bunlara misal olaraq, istehsalatda təbiətə zərərverməyən kimyəvi maddələrdən istifadə edilməsi, tullantı sularınıntəmizlənməsi və şirkətin nəqliyyat vasitələrində karbonemissiyalarına nəzarət olunması kimi tədbirləri sadalayabilərəm." GiLTEX MMC-nin Baş direktoru KamranAqasi nailiyyətlə bağlı deyib. O, GiLTEX-də bundan sonrada dayanıqlılıq istiqamətində innovativ həllərin tətbiqinə davamedəcəklərini bildirib.

2003-cü ildə Avropa Xarici Ticarət Assosiasiyası tərəfindənyaradılan Amfori BSCI, dünyanın ən tanınmış sosialaudit proqramlarından biridir və şirkətlərə insanların rifahınıyaxşılaşdırmaq, təbii resurslardan məsuliyyətlə istifadə etmək vəaçıq ticarəti təşviq etmək istiqamətində dəstək verir. Bustandartlar Beynəlxalq Əmək Təşkilatı (ILO) və BMT-nin İnsanHüquqları Nizamnaməsi kimi beynəlxalq tənzimləmələrə əsaslanır.

GiLTEX
GiLTEX
GiLTEX
Chosen
13
az.trend.az

1Sources