EN

Gürcüstanda gərgin SEÇKİLƏR – Seçki məntəqələrində dava düşdü

 

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Yenicag.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabaşvili ilk səs verənlərdən olub.

Yerli mətbuatın məlumatına görə, müxalifətdə olan “For Georgia” partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariya da Tbilisidə səs verib.

“Mən əminəm ki, Gürcüstan bu gün qalib gələcək. Çox istəyirəm ki, fikir ayrılıqlarımızı aradan qaldıra bilək ki, bu seçkilərdən sonra heç bir qisas olmasın və bütün tərəflər azad, hamı demokratik və ədalətli seçkilərin həll yolu olduğuna razı olsunlar” – o, bildirib.

Bundan əlavə, “Dəyişikliklər koalisiyası”nın lideri Zurab Caparidze də səs vermək üçün məntəqəyə gəlib.

“Bu gün bu ölkə üçün tarixi gün olacaq, əminəm ki, bu ölkənin vətəndaşları bu ölkəni Aİ-yə, NATO-ya aparacaq seçim edəcəklər. Mən bunun üçün səs verdim və əminəm ki, Gürcüstan vətəndaşlarının mütləq əksəriyyəti də bunu edəcək”, – deyə o, səs verəndən sonra açıqlamasında bildirib.

Həmçinin seçkilərin əhəmiyyətindən danışan baş nazir İrakli Kobaxidze səs verəndən sonra bildirib ki, bu, çox prinsipial, həlledici seçkidir, hətta referendum və 2012-ci il seçkilərinə bərabərdir.

O, həmçinin sözügedən seçkini müharibə ilə sülh, əxlaqsız təbliğat və ənənəvi dəyərlər, qaranlıq keçmişlə 2012-ci il seçkiləri arasında referendum adlandırıb:

“Bizim çox nikbin proqnozumuz var, səslərin 60 faizinə qədərini gözləyirik”.

Baş nazirdən hökumətin öz vəzifəsini sülh yolu ilə qəbul edib-etməyəcəyini soruşduqda o, təkid edib:

“Mən bütün siyasi partiyaları MSK-nın dərc etdiyi nəticələri qəbul etməyə çağırıram”.

Xatırladaq ki, bu gün Gürcüstanda seçkilər analitiklər tərəfindən regional dəyişiklik kimi qiymətləndirilir. Tbilisidə hesab edirlər ki, əgər hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qalib gələrsə, rəsmi Tbilisi Rusiya ilə münasibətlərdə yeni dövr aça bilər.
Rusiyalı milyarder, partiyanın ilk sədri olan Bidzina İvanişvili həmçinin builki seçkilərdən sonra Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə Gürcüstana qaytarılması ehtimallarını şərh edərkən bildirib ki, gələn il bu barədə Gürcüstan hakimiyyəti effektiv addımlar atacaq.

Qeyd edək ki, yerli “Telegram” kanalları və müxalif media seçki məntəqələrində əlbəyaxa davaların düşməsi ilə bağlı videoları sosial şəbəkələrdə tirajlamaqda davam edir.

Rafi Müslümov

Chosen
30
yenicag.az

1Sources