EN

Zelenski Qutierreşi "görmək İstəmədi"

Qonaq qismində BRİCS sammitinə yollanan BMT Baş Katibi Antoni Qutierreş səfərini bitirib Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə görüşməyi planlaşdırırdı. Amma Zelenski BMT Baş Katibini qəbul etməkdən imtina edib. Ukrayna dövlət rəsmisi anonimliyinin qorunmağı şərtilə bu məsələ barədə "Politico"-ya danışıb:

"O (red: Qutierreş) Putinin əlini sıxır, ona gülümsəyir, onu dəvət etməkdə məqsəd  BRİCS sammitini daha da populyarlaşdırmaq idi. Putin ondan istifadə elədi. O da buna sevindi".

Xatırladaq ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putin  Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətlərində günahlandırılır və rəsmi olaraq axtarışdadır.

EDnews

Chosen
24
ednews.net

1Sources