Tanzaniyada şair Aleksandr Puşkinin abidəsi ucaldılıb.
Publika.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun mətbuat xidməti məlumat yayıb.
Büstün açılış mərasimi şairin 225 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Darüs-Salamdakı "Rus Evi"nin sərgi salonunda baş tutub. Abidənin müəllifi rus heykəltəraş Aleksandr Kozinindir.
2019-cu ildə Efiopiyanın paytaxtı üzərində Puşkinə beş metrlik abidənin ucaldılacağı xəbəri yayılmışdı. Əddis-Əbəbədə yazıçının daha bir abidəsi, eləcə də şairin adını daşıyan meydan var. Efiopiya əsilli Abram Hannibal Puşkinin ana tərəfdən ulu babası idi. O, I Pyotrun qulluqçusu və şagirdi imiş, daha sonra hərbi mühəndis və general olub.
Agentliyin qeyd etdiyi kimi, şairin abidələri daha iki Afrika ölkəsində - Konqo və Eritreyada da ucaldılıb.