"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.
Mütəxəssis 52 yaşında dünyasını dəyişib.
E.Məmmədov Azərbaycanın U-21 millisinin məşqçisi olub. O, müxtəlif vaxtlarda "Xəzər Lənkəran"ın əsas və əvəzedici komandasının və "Sumqayıt-2"nin baş məşqçi vəzifələrində çalışıb.
Onun son iş yeri "İrəvan" olub. 2023-cü ilin yayında I Liqanın debütantı ilə anlaşan çalışdırıcı burada cəmi 2 ay çalışıb.
Klub rəhbərliyi tərəfindən aldadılan Məmmədov komandanın maaşlarının ödənilməməsinə etiraz əlaməti olaraq düşərgəni tərk edib.
2012-2016-cı illərdə "Xəzər Lənkəran"da işləmiş məşqçi son illərdə müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.
O, illər öncə ürəyindən ağır əməliyyat olunmuşdu. Həmin əməliyyatın pulunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ödəməsi də məlumdur.
SPORTİNFO.AZ