EN

Hansi Flik: “Real”a qarşı oyunu səbrsizliklə gözləyirik”

“Barsleona”nın baş məşqçisi Hansi Flik La Liqanın 11-ci turu çərçivəsində “Real”a qarşı səfər oyunu ərəfəsində xüsuslara toxunub.

Arena.az məlumat verir ki, “Real” və “Barselona” növbəti “el klasiko” çərçivəsndə bu gün, oktyabrın 26-da “Santyaqo Bernabeu”da üz-üzə gələcəklər.

Alman mütəxəssis “blauqrana” ilə “qaymaqlılar” arasındakı bu oyunu böyük hərflə “el klasiko” kimi təqdim edib:

“Tərif – həmişə gözəldir, amma mən yalnız “Real”la oyuna, qələbə qazanmağa diqqət edirəm. Bu, düzdür ki, şəhərdə vəziyyət dəyişib, çünki vətəndaşlarla kollektiv arasında əlaqə çox nəhəngdir. Çərşənbə günü Barselonada inanılmaz ab-hava vardı. Almaniyada çoxlu yüksək səviyyəli oyunlar, derbilər və sair var, amma “Real” – “Barselona” böyük hərflə “el klasiko”dur”.

Alman mütəxəssi ilk “el klasiko” ərəfəsində duyğularını ilə bağlı danışıb, “blauqrana”sının “Real”a qarşı oyuna hazırlığı ilə bağlı açıqlama verib:

“Doğrusu, bu barədə çox düşünmədim. Komandanı yaxşı hazırlamaq vacibdir, bunun nə qədər vacib olduğunu belə, izah edə bilmirəm. Amma əlbəttə, sabahkı oyunu səbrsizliklə gözləyirik.
Bizim fərqli fikirlərimiz var, fərqli oynaya bilərik. “Bayern”lə oyunda başa düşdük ki, bəzi xüsusları yaxşılaşdırmalıyıq. İndi biz “Realı”ın oyununa və üslubuna uyğunlaşmalı olacağıq. “Real” yaxşı hazırlıqlı komandadır. Amma mən oğlanlarıma güvənirəm, çünki onlar indiyə qədər əla iş görüblər”.

Alman mütəxəssis “blauqrana”nın ispaniyalı yeniyetmə ulduzu, cinah hücumçusu Lamin Yamal haqda da danışıb:

“Həmişə dediyim kimi, bizim əla komandamız var. Lamin hər şeyi çox yaxşı bacaran müstəsna bir oyunçudur, amma eyni xüsusu Kubarsi haqqında da demək olar. Onun 17 yaşında necə oynadığını hamımız görürük. Sabah bütün oğlanlarımız yüz faiz hazır olmalıdır”, deyə Flik vurğulayıb.

Alman mütəxəssis İspaniyada hakimliyin səviyyəsi ilə bağlı müvafiq sualı da cavablayıb:

“Düşünürəm ki, hakimlər çox çətin iş görürlər. Mənim onlarla heç vaxt fitnə-fəsadım olmayıb. Biz hakimlərə deyil, öz səmərəmizə diqqət yetirməliyik”, deyə Hansi Flik diplomatik cavabla kifayətlənib.

“Real” – “Barselona” oyunu ispan hakim Xose Sançes Martinesə həvalə edilib. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Chosen
22
arena.az

1Sources